"Hər bir komandanın böyük şansı olacaq" - Qurban Qurbanov

Oxunub: 22 | 20:30 | 26 avq 2022 | Avropa Liqası

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

Ağdamlılar G qrupunda yer alıb. Təmsilçimiz "Olimpiakos", "Frayburq" və "Nant"la üz-üzə gələcək. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov rəqibləri dəyərləndirib:

"İddialı bir qrupa düşmüşük. Birbaşa görünür ki, hər bir komandanın böyük şansı olacaq. "Frayburq", "Nant" "böyük beşlik" ölkələrində çıxış edir. "Olimpiakos" da həmişə iddialı olub. Rəqiblərlə yaxın günlərdə tanış olacağıq. Onlara yaxından bələd olmaq, hər birinə qarşı düzgün hazırlaşmaq üçün maksimum çalışacağıq. Əgər istənilən komanda üzərində yaxşı nəticə əldə etmək şansımız varsa, bundan maksimum istifadə edəcəyik. İnanıram ki, bizi qarşıda çox maraqlı oyunlar gözləyir. Fərqli oyun sistemlərinə qarşı çıxış edəcəyik. Onlara qarşı yaxşı oyun sərgiləmək üçün futbolçularımla birlikdə əlimizdən gələni edəcəyik".



Xəbər xətti

Xəbər xətti