Azərbaycan - Qazaxıstan matçına getmək istəyənlərin nəzərinə

Oxunub: 28 | 13:14 | 26 avq 2022 | Milli

Azərbaycan – Qazaxıstan oyununun biletləri satışa çıxarılıb.

Məlumatı AFFA-nın mətbuat xidməti açıqlayıb.

Millətlər Liqası çərçivəsində sentyabrın 25-də baş tutacaq görüşə biletlər üç kateqoriyaya bölünüb. 1-ci kateqoriya 5,
2-ci kateqoriya 2, VİP isə 10 manatdır.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.



Xəbər xətti

Xəbər xətti