"Oyunun məsuliyyəti bizi bir az sıxırdı" - Murad Musayev

Oxunub: 24 | 22:51 | 28 avq 2022 | Premyer Liqa

Misli Premyer Liqasında 4-cü tur bitib.

"Qəbələ" "Sabah"a məğlub olub - 0:2. Görüşdən sonra qonaqların baş məşqçisi Murad Musayevin mətbuat konfransı keçirilib. Rusiyalı mütəxəssis oyun barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:

"İlk yarıda ən yaxşı oyunumuzu göstərə bilmədik. Komandada gərginlik var idi. Birinci hissəsinin sonlarında Davit Volkovun qol epizodunu qeyd edə bilərəm. İkinci hissədə yaxşı hazırlanmış, düşünülmüş, kombinassiyalı qollarımızı vurduq. Bu qələbəyə görə şadam".


- İlk yarıda bundan əvvəlki turlarda gördüyümüz "Sabah"ı görə bilmədik. Səbəb nə idi?
- İnanıram ki, bu, bir daha təkrarlanmayacaq. Biz əvvəlki turlarda da layiq olduğumuz qələbələr qazanmışdıq. Oyunun məsuliyyəti məncə, bizi bir az sıxırdı.

- Coy-Lens Mikelsin vurduğu qolu rəqib azarkeşlər qarşısında qeyd edərək provakasiyaya çəkməsi haqda nə deyə bilərsiniz?
- Həmin epizodu görmədim. Amma düşünmürəm ki, o, bunu bilərəkdən edib. Biz heç kimi provakasiya çəkmək fikrində deyilik. Yəqin ki, vurduğu qolu rəqib azarkeş qarşısında qeyd etmək doğru deyildi. Əminəm ki, bu, emosiyalardı. İnanmıram ki, o, bunu "Qəbələ" azarkeşlərini üzmək üçün etsin.



Xəbər xətti

Xəbər xətti