"Epizodları dəyərləndirməkdə çətinlik çəkdik" - Elmar Baxşıyev

Oxunub: 25 | 23:10 | 28 avq 2022 | Premyer Liqa

Misli Premyer Liqasında 4-cü tur bitib.

"Qəbələ" "Sabah"a məğlub olub - 0:2. Görüşdən sonra meydan sahiblərinin çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"İki fərqli hissə izlədik. Birinci hissədə üstünlük bizdə idi. Qol epizodları yaratdıq. Amma onları dəyərləndirməkdə çətinlik çəkdik. Ümumi götürəndə komandamın oyun dinamikası xoşuma gəldi. Daha çox hücumda oynamağa çalışırdıq. Məğlub olduq. Düzgün analizlər edərək qarşıdakı turlarda daha da yaxşı olmağa çalışacağıq".



Xəbər xətti

Xəbər xətti