Premyer Liqa tarixində 17-ci dəfə

Oxunub: 20 | 10:58 | 29 avq 2022 | Premyer Liqa

“Sabah” Misli Premyer Liqasının startında ardıcıl 4-cü qələbəsini qazanıb.

Məlumatı PFL-in rəsmi saytı yayıb. Murad Musayevin yetirmələri 4-cü turda “Qəbələ” ilə görüşüb. Səfərdə 2:0 hesabı ilə qalib gələn Bakı klubu bununla da xal hesabını 12-yə çatdırıb.

Bu, “Sabah”ın tarixində startdakı ilk belə seriyadır. Paytaxt təmsilçisi ölkə çempionatlarına 4 qələbə ilə başlamağı bacaran 9-cu komanda olub.

Bunadək 8 komanda mövsümün ilk 4 matçında xal itirməyib. Bunlar “Neftçi”, “Qarabağ”, “Şəmkir”, “Xəzər Lənkəran”, “Şəfa”, “Xəzri”, “Kəpəz” və AZAL-dır. İndiyədək 16 dəfə bir komanda ilk dörd qarşılaşmada 12 xal toplamışdı. Cari mövsüm qeydə alınan qələbə seriyası 17-ci olub.



Xəbər xətti

Xəbər xətti