"Kəpəz" tarixinin ən biabırçı nəticəsi

Oxunub: 27 | 10:39 | 29 avq 2022 | Kəpəz

“Kəpəz” tarixinin ən uğursuz startına imza atıb.

Məlumatı PFL-in rəsmi saytı yayıb. Gəncə təmsilçisi Misli premyer-liqasının ilk 4 turunda xal toplamayıb.

Qərblilər 2012/13 mövsümündə də startda ardıcıl 4 məğlubiyyət alıb. Lakin həmin vaxt top fərqi indiki ilə müqayisədə daha yaxşı olub.

10 il əvvəl startda 2 qol vuran və 11-ni buraxan “Kəpəz”də fərq “-9”a bərabər olub. Bu dəfə komandanın aktivində 4 qol varsa, rəqiblər 14 dəfə fərqlənib. Yəni fərq “-10”dur.



Xəbər xətti

Xəbər xətti