Dövlət rəsmisi Çexiyada "Qarabağ"a dəstək olacaq

Oxunub: 866 | 00:21 | 23 avq 2022 | Qarabağ / Günün xəbəri

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Viktoriya" (Plzen) ilə "Qarabağ" üz-üzə gələcək.

Görüşə maraq olduqca yüksəkdir. Oyunu 600-ə yaxın azərbaycanlı azarkeşin tribunadan izləməsi gözlənilir. Ölkəmizin Çexiyadakı səfirliyi fanatların Praqadan Plzenə rahat getməsi üçün 2 avtobus ayırıb. Ölkənin müxtəlif şəhərlərində yaşayan, Niderland, Almaniya, Rumıniya, Avstriya və Polşadan gələn azarkeşlər nəqliyyat vasitələrinin köməyi ilə "Dusan Arena"ya aparılıb matçdan sonra geri qaytarılacaq.

Qarşılaşmanı izləyənlər arasında Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov da olacaq. Dövlət rəsmisi qurumun bütün əməkdaşları ilə birgə "Qarabağ"a tribunadan dəstək olacaq.

Məsələni dəqiqləşdirmək üçün "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq:

"Bəli, bizə bu barədə məlumat verilib. Oyunu izləyənlər arasında ölkəmizin Çexiyadakı səfiri də olacaq. Amma başqa kimlərin təşrif buyuracağı ilə bağlı məlumatım yoxdur"
.

Zəfər Hacılı, Bombardir.az



Xəbər xətti

Xəbər xətti