Azərbaycan - Türkiyə matçlarını idarə edəcək hakimlər bəlli oldu

Oxunub: 38 | 13:25 | 26 avq 2022 | Yığmalar

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Məlumatı AFFA-nın rəsmi saytı yayıb. “Dalğa Arena”da baş tutacaq qarşılaşmaları yerli referilər idarə edəcək.

Matçlar avqustun 27-də və 30-da keçiriləcək.

Yoldaşlıq oyunları
27 avqust
19:00. Azərbaycan U-18 – Türkiyə U-18
Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Şirmamed Mamedov, Elvin Bayramov
“Dalğa Arena”

30 avqust
19:00. Azərbaycan U-18 – Türkiyə U-18
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Tərlan Talıbzadə, Emin Əliyev
“Dalğa Arena”



Xəbər xətti

Xəbər xətti