Millimiz 2 yoldaşlıq oyunu keçirəcək

Oxunub: 20 | 16:11 | 26 avq 2022 | Yığmalar

Futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

Məlumatı federasiyanın rəsmi saytı yayıb. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda səfərdə Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşmalar sentyabrın 19-da və 20-də olacaq.

Qeyd edək ki, daha əvvəl yığmanın Türkmənistanla görüşləri ləğv olunub.

Bombardir.az



Xəbər xətti

Xəbər xətti