Video

Braziliya çempionatında hakim oyun vaxtı olüb – VİDEO

102dəfə oxunub

Futzal üzrə Braziliya çempionatında xoşagəlməz hal yaşanıb.

Bombardir.az xarici KİV-nə istinadən xəbər verir ki,  “Sao-Karlos” və “Taubate” komandaları arasındakı oyun hakimin ölməsi səbəbindən davam etdirilməyib.

Matçın referisi İsildo Fabiano Byançi ( Isildo Fabiano Bianchi )görüşün gedişi zamanı özünü pis hiss edərək, huşunu itirib.

Öncə futbolçular, ardınca isə həkimlər 44 yaşlı ədalət təmsilçisinə yardım etməyə çalışıb.

Bundan sonra o, xəstəxanaya aparılsa da, həyata qaytarmaq mümkün olmayıb.

Bombardir.az