"Qarabağ"ın rəqibindən qələbə - VİDEO

Oxunub: 46 | 10:44 | 27 avq 2022 | Almaniya

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Frayburq" Almaniya Bundesliqasında növbəti matçına çıxıb.

Komanda 4-cü turda evdə "Bohum"la qarşılaşıb. Oyun "Frayburq"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qolu 48-ci dəqiqədə Vinçenzo Qrifo vurub.

Qeyd edək ki, "Frayburq" hazırda turnir cədvəlində 9 xalla 2-ci, "Bohum" isə 0 xalla 18-cidir.

Bombardri.az




Xəbər xətti

Xəbər xətti