Rüfətin komandası məğlub oldu

Oxunub: 19 | 10:34 | 29 avq 2022 | Almaniya

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 6-cı turun oyunları keçirilib.

Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke-04”ün ikinci komandası da növbəti matçına çıxıb.

Millimizin üzvünün komandası evdə “Kaan-Marienborn”a 1:2 hesabı ilə uduzub.

Meydana start "11-lik"də çıxan hücumçu 64-cü dəqiqədə əvəzlənib.

6 tura 7 xal yığan “Şalke-04"ün əvəzedici komandası turnir cədvəlində 18 kollektiv arasında 10-cu pillədə mövqe tutub.

Bombardir.az



Xəbər xətti

Xəbər xətti