Gündəm

Henrik Mxitaryan Bakıya gəlir – Qərar verildi

Henrik Mxitaryanın Bakıya gəlməsində hər hansı problem olmayacaq

157dəfə oxunub

UEFA İngiltərənin “Arsenal” klubunun ermənistanlı futbolçusu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirakı ilə bağlı mövqeyini açıqlayıb.

“Bombardir.az” xəbər verir ki, yarımmüdafiəçi mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda iştirakla bağlı hər hansı problem yaşamayacaq.

Bu barədə qurumun mətbuat xidmətindən TASS agentliyinə bildirilib. Qeyd olunur ki, AFFA UEFA-nı futbolçunun ölkəyə girişlə bağlı problemlə üzləşməyəcəyinə inandırıb: “Futbolçuların UEFA bayrağı altında keçirilən yarışlar zamanı başqa ölkələrə getməsi üçün viza almasına görə assosiasiyalar, klublar və səfirliklər arasında yazışmalar təşkilat üçün standart prosedurdur. Bu məsələdə UEFA və “Arsenal”ın istəyi ilə AFFA təsdiqləyib ki, bu oyunçunun ölkəyə girişi və orada olması ilə bağlı problemi yaşanmayacaq, həmçinin müvafiq təhlükəsizlik tədbirləri görüləcək”.

Qeyd edək ki, finalda “Arsenal” “Çelsi” ilə oynayacaq.