Məşhur cüdoçular Göygöldə bir araya gəldi

Oxunub: 40 | 10:17 | 26 avq 2022 | İdman

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı başlayıb.

Sentyabrın 3-dək davam edəcək təlim-məşq toplanışında Azərbaycanın kişilərdən və gənc oğlanlardan ibarət millisinin üzvləri ilə yanaşı, Belçika, İsrail, Niderland, Polşa, Səudiyyə Ərəbistanı, Özbəkistan və Tacikistanın aparıcı cüdoçuları da iştirak edirlər.

Hazırlığa 120-dən çox idmançı, həmçinin Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları qatılıb.

Təlim-məşq toplanışı Azərbaycanın kişilərdən ibarət yığması üçün oktyabrın 6-12-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına, gənc oğlanlardan ibarət millimiz üçün sentyabrın 15-18-də Çexiyanın paytaxtı Praqada təşkil ediləcək Avropa birinciliyinə hazırlıq məqsədi daşıyır.



Xəbər xətti

Xəbər xətti