Nazirlik Tibbi-Bədən Tərbiyəsi dispanserlərinə rəhbər axtarır

Oxunub: 29 | 14:39 | 26 avq 2022 | İdman

Gənclər və İdman Nazirliyi dörd idman obyektində rəhbər vəzifə üzrə işə qəbul elan edib.

Bunu qurumun rəsmi feysbuk səhifəsi yayıb. Bunlar Gəncə, Lənkəran, Şəki və Şirvan Şəhər Tibbi-Bədən Tərbiyəsi dispanserləridir.

45 yaşadək olan ali təhsilli namizədlərdən minimum 5 il iş stajı (rəhbər işində olanlara üstünlük verilir) tələb olunur.

Vakansiya üçün tibb menecmenti, terapevt və travmatoloqlara üstünlük veriləcək.

Müraciət etmək istəyənlər sənədləri 30 sentyabr saat 12:00-dək müvafiq ünvana göndərməlidir.



Xəbər xətti

Xəbər xətti