Yığmamızdan 3-cü qalibiyyət

Oxunub: 24 | 20:24 | 28 avq 2022 | İdman

Qadın voleybolçulardan ibarət millimiz növbəti oyununu keçirib.

AVRO-2023-ün təsnifat mərhələsində D qrupunda yer alan komandamız Avstriyanı qəbul edib. Görüş komandamızın qələbəsi ilə başa çatıb. Yığmamız ilk setdə 25:19 hesabı ilə qalib gəlib. Təmsilçilərimiz sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:19, 25:13. Beləliklə, 3:0 hesabı ilə qalib gələn Azərbaycan millisi 3 xala yiyələnib. Bununla da komandamız aktivindəki xalların sayını 9-a çatdırıb.

Millimiz təsnifat mərhələsində növbəti oyununu sentyabrın 3-də Sloveniyaya qarşı keçirəcək.



Xəbər xətti

Xəbər xətti