Dünya çempionatında zədələnən idmançıya xüsusi diqqət

Oxunub: 26 | 10:00 | 29 avq 2022 | İdman

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatında zədələnmiş Azərbaycan cüdoçusu Fidan Əlizadə final görüşündə iştirak edə bilməyib.

-63 kq çəkidə yarışan cüdoçumuz xəstəxanaya aparıldığından təltifetmə mərasiminə qatılmayıb. Ona gümüş medalı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli təqdim edib.

Azərbaycan yığması finalda Fransaya məhz Fidan Əlizadə zədə üzündən görüşə çıxa bilmədiyi üçün qızıl xal bölümündə uduzaraq gümüş medalla kifayətlənib.

Bombardir.az



Xəbər xətti

Xəbər xətti