İdman

Şəhriyar Əliyev: “Kimsə Tovuza gəlib, asanlıqla qələbə qazanacağını fikirləşməsin” - MÜSAHİBƏ

Oxunub: 131 | 17:33 | 19 avq 2022 | Manşet / Müsahibə

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin Bombardir.az-a müsahibəsi...

- “Turan Tovuz” Premyer Liqada ilk qələbəsini qazandı. Mövsüm başlamazdan öncə iddialı olacağı gözlənilən “Səbail”i məğlub etdiniz. Bu, haqda nə deyə bilərsiniz?
- İlk qələbə həmişə şirin olur, uzun müddətdən sonra komanda Premyer Liqaya çıxdı. Düzdür, ilk oyunda məğlub olduq. Azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirdik. Bu, alınmadı. Amma ikinci oyunda qələbə qazandıq, azarkeşlərimizi sevindirdik.

- Klub rəhbərliyi tərəfindən bu mövsüm üçün qarşınıza konkret hədəf qoyulub?
- Rəsmi olaraq qarşımıza nəsə məqsəd qoyulmayıb. Kimsə bizə deməyib ki, bu uğurları gətirməlisiniz. Əsas hədəf ilk növbədə yaxşı kollektiv formalaşdırmaqdır, daha doğrusu, rəqiblərə asan olmayan, mübarizə aparan komanda yaratmaqdır. Kimsə Tovuza gəlib, asanlıqla qələbə qazanacağını fikirləşməsin. Hamıya baş ağrısı olan “Turan Tovuz” formalaşdırmaq istəyirik. Şükür Allaha, kollektivimiz yaxşıdı, ilk qələbəmizi də qazandıq. Qarşıdakı oyunlarda da qalib gələməyə çalışacağıq.

- Tovuzdakı ilk matçda azarkeşlər oyuna olduqca maraq göstərdilər. Böyük futbol şəhərə geri dönüb, müsbət ab-hava hiss olunur. Bu, sizə necə təsir edir?
- Deyərdim ki, vəziyyət yaxşıdı. Biz öz üzərimizə düşən işləri görürük, məşqlərimizi edirik, çalışırıq ki oyundan-oyuna artıraq. Həm hazırlıqlarda, həm də oyunlarda daha da inkişaf etmək istəyirik. Uşaqlar canla-başla işləyirlər. İlk oyunda azarkeşlərimizi qələbə qazanıb sevindirmək istəyirdik. Həqiqətən, onlar möhtəşəm idilər. “Səbail”lə səfər oyunu da maraqlı alındı. Sanki öz evimizdə çıxış edirdik. Sağ olsunlar azarkeşlərimiz, bizə dəstək olurlar. Şükürlər olsun ki, biz də qələbə qazandıq. Qələbəni bütün Tovuz sevənlərə, azarkeşlərimizə hədiyyə etdik. “Qarabağ”la ev oyunumuz təxirə salındı, gələn görüşümüz "Sumqayıt"la olacaq, yenə səfərdədir. Ümumiyyətlə, iki görüşümüz evdən kənarda olacaq. Həmin oyunlarda yaxşı nəticə qazanıb doğma meydandakı oyuna azarkeşlərimizin səbirsizliklə gəlməsini gözləyirik. Bir sözlə, burada oynayanda futbol abu-havasını hiss edirsən. Azarkeşlər də başqadır. Biri var kimsə gəlib görüşə tamaşaçı kimi baxır, biri də var ki, matçları təhlil edir, başa düşür. Tovuzda hamının futboldan anlayışı var. Həmişə demişəm ki, regionlarda komandaların sayını çoxaltmaq lazımdır. Bölgə təmsilçilərinin futbolu, azarkeşi, dəstəyi, atmosferi ləzzət edir.

- Hiss olunur ki, “Turan Tovuz” bu mövsüm çoxları üçün problem olacaq. Bu, sizi autsayder hesab edənlər üçün cavab idi?
-Yenə deyirəm, rəhbərlik tərəfindən qarşımıza konkret bir məqsəd qoyulmayıb. Özümüz bura gəlmişiksə, əlimizi-qolumuzu aşağı salmaq, heç kimə rahat təslim olmaq istəmirik. Çempionatda 2 oyundur çalışırıq ki, bunu göstərək. Hər məşqdə işləyirik, təhlillərimiz olur, istəyirik ki, oyundan-oyuna artıraq. Görüşlərə çıxanda böyükdən tutmuş kiçiyinə kimi hər kəs istəyir ki, qələbə qazansın, nəticə olsun. Hər oyundan əvvəl rəhbərliyin dəstəyini hiss edirik. Komanda yığılandan onların qayğısını hiss edirik. Bizim də üstümüzə düşən vəzifə futbolumuzu oynamaqdır. Çalışırıq ki, artıraq, nəticələrimizi daha da yaxşılaşdıraq, ən əsası da bütün “Turan Tovuz” sevənlərə xoşbəxtlik bəxş edək.

“Turan Tovuz” azarkeşlərinə hansısa sözünüz var?
- Onlara təşəkkür edirəm. Ev oyununda da, Bakıdakı görüşdə də bizi tək qoymadılar. Bir günün içində 420 kilometr gəlirsən, 90 dəqiqə azarkeşlik edirsən, sonra geri dönürsən. Bu, həqiqətən çox çətindir. Onlara təşəkkür edirəm, hər oyunda yanımızdadırlar. Azarkeşlərimizdən həmişə dəstəklərini gözləyirik. Biz də qələbələr qazanıb onları sevindirmək istəyirik.

RAUL XƏLİLOV

Xəbər xətti

Xəbər xətti