İdman

“Mingəçevir”in hamıdan 5-10 top buraxmasını istəmirik" - MÜSAHİBƏ

Oxunub: 283 | 21:30 | 21 avq 2022 | Manşet / Müsahibə

“Mingəçevir”in “Zona45” fanklubunun rəhbəri Elnur Qasımovun Bombardir.az-a müsahibəsi...

- Komandanız yeni mövsümdən etibarən 1-ci divizionda iştirak edəcək. “Mingəçevir”in əsas azarkeş dəstəyi “Zona45”di. Fanklub olaraq yeni mövsümə necə hazırlaşırsınız?
- Komandamız oyunlara demək olar ki hazırdır. İnşallah, bu mövsüm iddialı olarlar. Biz də fanklub olaraq yaxşı işlər görməyə çalışacağıq. Əlimizdən gələn qədər “Mingəçevir”ə dəstək verəcəyik.

- İlk matç doğma meydanda "Neftçi-2"yə qarşı olacaq. Bu görüşlə üçün hansısa xüsusi hazırlıq görülür?
- Yox! Adi hazırlıq gedir. "Neftçi" köklü komandalarımızdandı. Amma “Mingəçevir”ə gələn əvəzedici heyətidir. Bu səbəbdən də görüşə xüsusi hazırlaşmırıq.

- “Zona45” yarandığı gündən digərlərindən fərqlənib. Mingəçevirdəki matçlara xüsusi maraq qatıb. Səfər oyunlarında da iştirak etməyə çalışmısız. İndi də belə olacaq? 1-ci divizon matçlarında da səfər oyunlarında iştirak edəcəksiniz?
- Çalışdığımız qədər bütün görüşlərdə iştirak edəcəyik. Liqada ən uzaq və çətin Naxçıvan səfəridir. Orada iştirak etmək niyyətimiz var. Amma bizim bir problemimiz var. Oyunlar həftə sonu keçirilmir. Bu da sayımıza təsir edir.

- Region Liqasında çıxış edən zaman komandanın 1-ci divizionda iştirak edəcəyi halda maraqlı yeniliklər olacağını demişdiniz. Bunlar nələrdir?
- Yenilik barədə hələki heç bir məlumat yoxdur. Region liqası 1-ci diviziondan daha maraqlı idi. Bu liqada qadağalar çoxdur. Amma orada daha azad idik.

- Komandanın 1-ci divizionda hansı nəticəsi azarkeşləri razı salacaq?
- “Mingəçevir”in hədəfini deyə bilmərəm, amma, bizim istəyimiz var. "Energetik" Region Liqasında 3 ilə yaxın evdə uduzmadı. Arzu edirik ki, “Mingəçevir” də bu ənənəni davam etdirsin. Təbii ki, bütün şəhər istəyir ki, komandamız çempionluğa oynasın.

- 1-ci divizionda yaxşı komandalar çoxdu. İlk mövsümdən komandadan bunu tələb etmək doğrudu?
- Çempion olmaq bütün azarkeşlərin istəyidir. Ümid sonda ölür. Uduzanda da döyüşüb məğlub olan komanda görmək arzusundayıq. “Mingəçevir”in hamıdan 5-10 top buraxmasını istəmirik. Gərək rəqiblər buradan rahat xal aparmasınlar. Bu Mingəçevir futbol şəhəridir. Rəhbərlik, məşqçiləri, futbolçular bunu dərk edib, mübarizə aparmalıdırlar.

RAUL XƏLİLOV, Bombardir.az

Xəbər xətti

Xəbər xətti