İdman

FİF "Mingəçevir"i mövsümi bilet satışına məcbur edib?

Oxunub: 248 | 10:39 | 22 avq 2022 | Manşet / Müsahibə

"Mingəçevir"in İdarə Heyətinin sədrinin müavini Ruslan Həmidovun Bombardir.az-a müsahibəsi...

- Yeni mövsümə hazırlıq necə gedir? Birinci divizionun İlk turunda doğma meydanda "Neftçi-2"yə qarşı oynayacaqsınız. Görüşlə bağlı gözləntiniz nədir?
- İyul ayının 11-dən komanda yığılıb. İlk 10 gün seleksiya işləri getdi, 10-15 futbolçu yoxlanışa gəlmişdi. Komandanı tam formalaşdırdıqdan sonra 10 günlük təlim-məşq toplanışı oldu. "Mingəçevir" çempionata tam hazırdır. Məqsədimiz iddialı komanda yaratmaqdır. Yeni yaranan kollektivdir. Əlimizdən gələn qədər vuruşacağıq, fanatlarımızı sevindirməyə çalışacağıq.

- Bu mövsüm üçün məqsədiniz nədir?
- Rəhbərlik tərəfindən komandanın qarşısına konkret hədəf qoyulmayıb. Sadəcə, məqsədimiz nizam-intizamlı, vuruşan kollektiv yaratmaqdır. Heç bir klub Mingəçevirdə rahat qələbə qazana bilməyəcək. Bəzən məğlubiyyət ola bilər, amma əsas hədəf keyfiyyətli oyun göstərməkdir. Məqsədimiz vuruşaraq azarkeşlərimizin sayəsində Premyer Liqaya çıxmaqdır. Yeni yaranan komanda olduğu üçün qarşılarına çempionluq hədəfi qoymamışıq, amma yaxşı kollektiv formalaşdırmaq sözü vermişik.

- Adı və mövsümi bilet satışı necə gedir?
- Biz Region Liqasında da bilet satışı ilə məşğul idik. Oyunlardan sonra müsabiqələrimiz olurdu. Ancaq mövsümi bilet satışını Mingəçevir şəhər camaatının təşəbbüsü ilə etmişik. Fanatlar özləri bizə dəstək olmaq istəyir, hər məşqimizə 100-150 nəfər adam gəlir. Hazırlıq oyunlarımıza İmişlidən, Qəbələdən, Gəncədən 1000-1500 nəfər adam gəlmişdi. Komandaya böyük diqqət göstərirlər.

- Mediada yazılan xəbərlərə görə, mövsümi bilet satışına Futbolun İnkişaf Fondu (FİF) sizi məcbur edib. Bu, nə dərəcədə doğrudur?
- Xeyr, doğru deyil. Hər hansı məcburiyyətdən söhbət gedə bilməz. Sadəcə bu ideya azarkeşlərimizin təşəbbüsündən irəli gəlir, onların istəyidir. Kluba dəstək olmaq arzusunda idilər. Biz keçən mövsümdə də bilet satışıyla məşğul olurduq, sadəcə, sosial şəbəkələrdə bunu paylaşmırdıq. 100 mövsümi bilet satışa çıxarmışdıq. Bu gün artıq əllisi satılıb. Fanatlarımızın marağı çox böyükdür. İnşallah fikrimiz var ki, bu sayı 1500-2000-ə qaldıraq. Bununla belə, bir manatlıq biletlərimiz də olacaq.

RAUL XƏLİLOV, Bombardir.az

Xəbər xətti

Xəbər xətti