İdman

Rəşad Sadıqovdan gənc hakimə etiraz

Oxunub: 41 | 16:52 | 22 avq 2022 | Manşet / Maqazin

Rəşad Sadıqov şəxsi "instaqram" hesabında maraqlı paylaşım edib.

Çalışdırıcı Misli Premyer Liqasının 3-cü turunun "Zirə" - "Sumqayıt" matçında VAR hakimi olan Nicat İsmayılı tənqid edən fikirlərini izləyiciləri ilə bölüşüb:

"79-cu dəqiqədəki Hamidu ilə Almirin toqquşması zamanı israrla "penalti" deyən, ondan bir neçə saniyə əvvəl Sərtan-Vüsal mübarizəsindəki qayda pozuntusunu baş hakimə göstərməyən, VAR-da əyləşən Nicat qardaşım, bu epizodda heç bir qayda pozuntusu görmədin? Heç olmasa, yalandan da olsa, baş hakimə bir də bu epizoda baxmasını təklif edərdin. Yəni, pauza yaranacaq deyə narahat olmadığını oyununun 6 dəqiqəlik dayandırılmasında da hiss etdik. 1 dəqiqə bu epizoda vaxt getsəydi, heç nə olmazdı. Maraqlıdı ki, şərhçi Nurlan Valehoğlu qayda pozuntusunu görür, amma Nicat görmədi".

Bombardir.az

Xəbər xətti

Xəbər xətti