İdman

Qurban Qurbanov Plzendəki oyunda 3 dəyişiklik etməlidir - TƏHLİL

Oxunub: 504 | 15:57 | 23 avq 2022 | Manşet / Yazı

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Viktoriya” (Plzen) "Qarabağ"la qarşılaşacaq.

Ağdam təmsilçisi Bakıda rəqibin müqavimətini qıra bilmədi. Təmsilçimiz oyun ərzində üstün tərəf olsa da, heç cürə Stanekin qoruduğu qapıya yol tapmadı. Bəs, "Qarabağ" bugünkü görüş üçün nələri dəyişməlidir? Bunları aşağıda punktlarla izah etməyə çalışacağıq.

Almeyda - Yankoviç tandemindən istifadə etmək

Rəqibin sıx qapanan, kompakt futbol oynayan və müdafiə olunmaq cəhətdən güclü komanda olduğu hər birimizə məlum idi. Doğma meydanda bu tip kollektivə qarşı hücum oyunu sərgiləyərək qələbə qazanmaqdan başqa variant olmur. Belə olduğu təqdirdə, sıx müdafiələri yarmaq üçün yaradıcı oyunçuların fərdi bacarığından istifadə etmək lazım olur. İlk matçda Almeydanın yoxluğunu hiss olunurdu. Təsadüfi deyil ki, Qurban Qurbanov da Yankoviçi millimizin üzvü ilə əvəzlədi. Ancaq Riçardın vaxtı məhdud idi. Bununla belə meydanda olduğu 20 dəqiqə ərzində göstərdi ki, start heyətində başlasa, komandasına daha çox faydası dəyə bilərdi. Almeyda - Yankoviç tandeminin "Lex" və "Sürix"lə matçlarda uğurlu olduğunu görmüşdük. Qarayev komanda üçün faydalı oyunçu olsa da, yaradıcılıq cəhətdən milliləşdirilmiş braziliyalıdan geri qalır. Plzendəki matçda orta xətdə Almeyda - Yankoviç tandeminə güvənmək şansımızı artıracaq. Nəzərə almaq lazımdır ki, rəqibin hücum gücü yüksək deyil və onlardan çəkinməyə ehtiyac yoxdur. Bizə səfərdə mütləq qələbə lazımdır.

Şeydayevin əvəzinə Ovusu

Ağır mərkəz müdafiəçiləri olan rəqibə qarşı sürətli oyunçular həmişə təhlükə yaradır. "Köhlən atlar"da Vaci start heyətində başlamışdısa, Ovusu ehtiyatda idi. Lakin sağ cinahda Şeydayevin əvəzinə qanalı ilə başlamaq həm əks-hücumlar zamanı, həm də müdafiə arxasına atılan toplarda Ağdam təmsilçisinin şansını daha da artıracaqdı. Ovusu sürət və bitiricilik baxımından millimizin üzvündən daha öndədir. Vinger bugünkü matçda ilk “11-lik”də başlasa, hücuma atılmalı olan rəqibin müdafiədə verəcəyi boşluqlardan maksimum istifadə edə bilər. "Viktoriya" şübhəsiz ki, Plzendə Bakıdakı kimi oynamayacaq. Çexiyalılar irəli atılmağa məcbur olacaq və bu, "Qarabağ"ın işini asanlaşdıracaq. Almeyda, Kadi, Zubir, Ovusu, Vaci kimi həm yaradıcı, həm də sürətli oyunçuların ağdamlıların səfərdə qələbə qazanmasında əsas rol oynamaları gözlənilir.

"Qarabağ" fərqlilik etməlidir

Bakıda "Viktoriya" "köhlən atlar"a oynamağa imkan vermədi. “Qarabağ”ın ifasında öyrəşdiyimiz, gözə xoş gələn futbol yox idi. Təbii ki, rəqibin məşqçilər korpusu təmsilçimizi çox yaxşı təhlil etmişdi. Cavab oyununda da dəyişən bir şey olmayacaq. Burada fərqlilik etməli olan tərəf "Qarabağ"dı. Belə ki, Ağdam təmsilçisinin əsas oyun planı olan “topa nəzarət, səbrlə rəqibi səhvə məcbur etmək” sistemini müvəqqəti dəyişmək olar. Çexiya təmsilçisi “dəri kürə” ilə yaxşı davranmağı bacaran kollektiv deyil. Topu rəqibə verərək bu amildən yararlana bilərik. Çünki “Viktoriya”nın geriyə qayıtmaqda və müdafiəyə yerləşməkdə böyük çətinliklər yaşadığı məlumdur. "Qarabağ" bu strategiyanı tətbiq etmək üçün topsuz oynamalı və müdafiə olunmalıdı. Çünki bu, Ağdam təmsilçisinin üzvlərinin sevdiyi məşğuliyyət deyil. Uzun müddət ərzində bu oyunu sərgiləyə bilməzlər, sadəcə, matçın müəyyən hissəsində bu sistemdən istifadə etmək olar.

Hər birimiz istəyərik ki, "Qarabağ" öyrəşdiyimiz xoş oyunu ilə qələbə qazansın. Lakin rəqibin müqavimətini qırmaq mümkün olmayanda dəyişikliklər etmək də gərəklidir.

RAUL XƏLİLOV, Bombardir.az

Xəbər xətti

Xəbər xətti