İdman

"Səbail" - "Kəpəz" oyununda insident baş verib - VİDEO

Oxunub: 39 | 22:40 | 27 avq 2022 | Manşet / Premyer Liqa

Azərbaycan Premyer Liqasında 4-cü turun "Səbail" - "Kəpəz" oyununda qalmaqal baş verib.

İnsident 71-ci dəqiqədə yaşanıb. Baş hakim Tural Qurbanov qonaq komandanın futbolçusu Rauf Əliyevi təhqirə yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

O, dördüncü hakimin xəbərdarlığından sonra bu addımı atıb. Qərarla razılaşmayan 33 yaşlı hücumçu referi ilə mübahisə edib. Əliyev onu söydüyünü iddia edən dördüncü hakim Namiq Bəkirova kənardan eşitdiyi təhqirə cavab verdiyini bildirib. Lakin baş hakimin qərarı dəyişməyib.

Futbolçu meydançanı tam tərk etməyərək, kənarda oyuna baxmağa başlayıb. Referi onu oradan da uzaqlaşdırıb. (Report.az)

Xəbər xətti

Xəbər xətti