İdman

Standart vəziyyətləri, uzaqdan zərbələri sevən, müdafiəsi güclü “Viktoriya” - TƏHLİL

Oxunub: 209 | 12:54 | 17 avq 2022 | Manşet / Yazı

Bu gün “Qarabağ” Çempionlar Liqasının pley-offunda “Viktoriya” ilə qarşılaşacaq. Ağdam təmsilçisinin rəqibi haqda bilmədiyiniz maraqlı məqamlar diqqətinizə çatdırmağa çalışacağıq.

“Viktoriya” Çexiya liqasının “Sparta” və “Slaviya”dan sonra ən uğurlu klublarından biridir. 6 dəfə çempion olan plzenliləri 57 yaşlı Mixal Bilek çalışdırır. O, 2021-ci ilin mayından komandaya rəhbərlik edir və bu müddətdə 1 ölkə çempionluğu əldə edib.

Maraq üçün qeyd edim ki, Çexiya klubu “Qarabağ'la 16/17 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşmışdı. Plzendə 0:0 bitən matçın Bakıdakı cavab qarşılaşmasında hesab 1:1 olmuş və rəqib səfər qolu hesabına növbəti raunda yüksəlmişdi. “Viktoriya”nın həmin heyətindən sadəcə, Kopiç və Heyda qalıb.

Plzen təmsilçisi ötən mövsüm liqada 35 oyuna 63 qol vurub və 21 top buraxıb. Buradan da gördüyünüz kimi, rəqib müdafiəsi yetəri qədər etibarlı, hücumu isə bir o qədər məhsuldar olmayan komandadı.

Standart vəziyyətləri, uzaqdan zərbələri sevən, müdafiəsi güclü “Viktoriya”

“Viktoriya”nın ən güclü tərəfi standart vəziyyətlərdi. Buna örnək olaraq “Şerif” və “HİK” matçlarda vurduqları qolları göstərə bilərik. 4 oyunda standart vəziyyətdən (penalti, cərimə zərbəsi və künc zərbəsi) fərqləndilər. “Qarabağ” buna mütləq diqqət etməli, qayda pozuntularından və künc zərbələrindən ehtiyatlanmalıdı.

Çori (200 sm), Kliment (185 sm), Pernika (188 sm), Heyda(189sm), Moskuera (186 sm) başla yaxşı oynaya bilən və hündürboy oyunçulardı. Adı çəkilən futbolçular standart vəziyyətlərdə çox təhlükəli olurlar.

Rəqibin ən çox sevdiyi hesab 1:0-dı. Belə nəticəni çox əldə etməsinin səbəbi etibarlı müdafiə xətti və Stanek kimi qapıçının olmasıdır. Ümumiyyətlə, “Viktoriya” hücum futbolu sərgiləyən komanda deyil, "1:0 olsun, bizim olsun" prinsipi ilə oynayırlar. Onlar üçün müdafiə olunmaq, arxa xətt daha önəmlidir. Oyun intizamına çox önəm verirlər plzenlilər. Qətiyyən asan-asan dağılmırlar. Müdafiə planına sadiq qalırlar. Bütün bunların yanı sıra, zəif tərəfləri də var. “Viktoriya” oyun qurar zaman topu çox yavaş hərəkət edirən klubdu. Bu da o deməkdir ki, “Qarabağ”la görüşdə rəqibin sürətli hücumlarının şahidi olmayacağıq.

Ən zəif tərəfləri isə mərkəz müdafiəçilərinin çox ağır olmasıdır. Arxa xətti hər nə qədər çox etibarlı komanda olsa da, onlar əks-hücumlar zamanı geriyə qayıtmaqda və yerlərinə yerləşməkdə problem yaşayırlar. Qurban Qurbanov məhz bu amildən yararlana bilər. Hücum qurarkən müdafiənin arxasına atılan toplardan çox istifadə etmirlər. Uzaqdan zərbələri tez-tez yoxlayırlar, xüsusilə də Kalvaç və Sikora belə məqamlarda təhlükəlidir. Onların önlərini açıq buraxmaq olmaz. Bilek əsasən 4-2-3-1 sxemindən istifadə etsə də, son matçlarda 4-4-2 düzülüşündən daha çox istifadə edir. Rəqibdən asılı olaraq sistemi dəyişməyi də bacarır.

Statistika həvəskarları üçün bunları da qeyd edək: “Viktoriya” Çempionlar Liqasındakı oyunlarda 47% topa sahib olub. Hər matç qapıya 9.5 zərbə endirib. Rəqiblərə qarşı ortalama 19 dəfə qaydanı pozub, özlərinə qarşı isə bu göstərici 12-di.

“Qarabağ” Bakıda mütləq ilk qolu vuran tərəf olmalıdı, əks təqdirdə yetəri qədər sıx olan “Viktoriya” müdafiəsini yarmaq çox çətin olacaq. Bu rəqibə qarşı topa sahib olaraq və Kadi, Almeyda kimi kreativ, Vaci və Ovusu kimi sürətli oyunçulardan istifadə etməkq lazımdı. Yucarıda qeyd etdiyimiz kimi, standart vəziyyətlərdən rəqibə fürsət verilməməlidi. “Qarabağ” “Viktoriya”nın qarşılaşdığı ən ciddi rəqib olacaq. Plzenlilər keçiləsi rəqibdi. “Köhlən atlar” Bakıda qələbə qazansa, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq hədəfinin 50 faizini həyata keçirmiş olacaq.

RAUL XƏLİLOV

Xəbər xətti

Xəbər xətti