Ölkə futbolu

“Qəbələ”nin maliyyə hesabatı: yarım milyonluq ziyan

62dəfə oxunub

Topaz Premyer Liqasının daha bir klubu maliyyə hesabatını açıqlayıb.

Bombardir.az xəbər verir ki, “Qəbələ” 2018-ci il üçün göstəricilərini ictimaiyyətə təqdim edib.

Bildirilib ki, bölgə klubunun ötən il ərzində gəlirləri 7 milyon 748 min manat, xərcləri isə 8 milyon 303 min manat təşkil edib.

Hesabatda klubun cari və cəmi öhdəlikləri 2 milyon 916 min manat, cəmi kapitalı 10 milyon 754 min manat, cəmi aktivləri isə 13 milyon 670 min manat göstərilib.