Müsahibə

Qurban Qurbanov: “Bu, Səbail üçün böyük uğurdur”

165dəfə oxunub

Qarabağ Azərbaycan Premyer Liqasının 27-ci turunda Səbail üzərində 4:0 hesablı qələbə ilə çempionluğu rəsmiləşdirib.

Bombardir.Az xəbər verir ki, Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

“Futbolçularımı təbrik edirəm. Bu gün yaxşı oyun göstərdilər. Səbail-i və Aftandil Hacıyevi də təbrik edirəm. İlk medallarını qazandılar və ilk dəfə Avroliqada iştirak edəcəklər. Bu böyük uğurdur”.

– Neftçi ilə son tur formal xarakter daşıyacaq. Heyətdə hansısa dəyişikliklər olacaq?

– Düzdür, oyun formal xarakter daşıyacaq. Bizimçün əsas azarkeşlərə yaxşı oyun göstərməkdir, meydanda hansı futbolçular olursa, olsun.

– Hansı futbolçularla yollar ayrılacaq?

– Bu barədə indidən dəqiq bir söz demək istəmirəm. Ancaq komandadan gedənlər olacaq. Yaxın günlərdə bu barədə qərarlar veriləcək.

– Reynaldonun etimadı doğrultmadığı deyilir?

– Reynaldo Biz hələ Reynaldo ilə bağlı qərar verməmişik.

– Qarabağ-da 6-cı çempionluğunuzdur. Hansı sizin üçün daha çətin olub?

– Bütün çempionluqlar əzizdir bizimçün. Hər növbəti çempionluq daha dəyərli olur.

– Neftçi Qarabağ-dan irəlidə idi, sonra geri düşdü. Komanda barədə nə deyə bilərsiniz?

– Neftçiyə uğurlar arzulayıram. Bu il çempion olmağa layiq idilər və qalibiyyəti daha çox istəyirdilər. Neftçi-nin və bütün yerli klublarımızın uğurunu həmişə istəmişəm.

– Qarabağ son mövsümdə daha məhsuldar çıxış etdi…

– Məhsuldarlıq yüksəkdirsə, bu müsbət haldır.

– Rəşad Sadıqovun növbəti mövsümdə karyerasını davam etdirəcəyi gözlənilir?

– Rəşad komanda üçün çox dəyərlidir. Bizim üçün vacib oyunçudur. Hələ bizimlədir.