İdmanRedaktor seçimi

Sadıq Sadıqov: “Ermənilər Bakıya gəlməkdən qorxdular” – VİDEO

194dəfə oxunub

Erməni idmançıları Bakıya gəlməkdən qorxublar.

Bombardir.az xəbər verir ki, ötən il ölkəmizdə təşkil olunan dünya çempionatında iştirakdan imtina edən düşmənlərimiz bu dəfə paytaxtımızda keçiriləcək “Böyük Dəbilqə” beynəlxalq turnirinə qatılmaqdan çəkiniblər.

Bu haqda Supersport.Az-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov fikirlərini bildirib. Qurum rəsmisi, ermənilərin ikinci dəfə Bakıda təşkil olunacaq yarışda iştirakdan qorxduğunu söyləyib:

“Azərbaycan idmançıları hər zaman ermənilərdən güclü, fərqli olduqlarını nümayiş etdiriblər. Bilirsiniz ki, Elmar Qasımov İrəvanda bayrağımızı qaldırb, himnimizi səsləndirib. Ermənilər ötən il Bakıda keçirilən dünya çempionatına, indisə başqa beynəlxalq yarışa qatılmaqdan qorxdular. Onlar burada məğlub olacaqlarından ehtiyatlanırlar”.

Vitse-prezident, idmançılarımızın Tokio Olimpiadasına vəsiqə qazanmaq üçün bütün güclərini sərf etdiyini və məqsədlərinə çatacaqlarına inandığını vurğulayıb.