Dünya futboluRedaktor seçimi

UEFA Çempionlar Liqasının formatını dəyişir – İDDİA

310dəfə oxunub

UEFA Çempionlar Liqasının formatını dəyişdirməyi planlaşdırır.Bombardir.az xəbər verir ki, bu barədə məlumatı “AFP” agentliyi yayıb.

Xəbərə görə, Nyonda keçirilən Avropa Klubları Assosiasiyasının toplantısında Çempionlar Liqası üçün yeni format təklif olunub.  Layihəyə əsasən 8 komanda 4 qrupda mübarizə aparacaq. Bu, turnirdə oyunların sayının çoxalmasına səbəb olacaq. Oyunların həftə içində keçirilməsi nəzərdə tutulub.

Yeni format klubların sinifləşməsində dəyişikliyə səbəb ola bilər. Bunun necə həyata keçiriləcəyi haqda məlumat verilməyib. Hər qrupda ilk 5 yeri tutan komandanın növbəti mövsüm də Çempionlar Liqasına vəsiqə qazanması nəzərdə tutulduğu bildirilib.

UEFA prezidenti Aleksandr Çeferin toplantıda yeni formatın bu gün üçün layihə olduğunu, konkret qərar qəbul olunmadığını bildirib.